Baş redaktor, redaktor və müxbir həbs edildi

Baş redaktor, redaktor və müxbir həbs edildi

Hazırda oxunan: Baş redaktor, redaktor və müxbir həbs edildi

158673

Biləsuvar rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək özlərini "Tərəqqi TV" (tereqqi.tv) xəbər portalının baş redaktoru Aygün Həsənova, redaktor müavini Nahid Babayev və müxbir Elmir Əsgərov kimi təqdim edən şəxslərin Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvası saxlamasını iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul istədiklərini bildirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər Leyli Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar.xa0

Onların rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməkxanalara gedərək eyni üsulla Əli Quliyevdən 100 manat pul almaları, Fazilə Səfərovadan isə 500 manat tələb etmələri də müəyyənləşib.(apa)
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO