"Azərbaycanda terror təhdidi səviyyəsi narıncı həddə qaldırılmalıdır" - TƏHLÜKƏ

Hazırda oxunan: "Azərbaycanda terror təhdidi səviyyəsi narıncı həddə qaldırılmalıdır" - TƏHLÜKƏ

144045
Türkiyənin "Hürriyet" qəzeti Azərbaycanda terror təhlükəsi barədə məlumat yayaraq bildirib ki, İraq və Suriyadan sıxışdırılan İŞİD Azərbaycanda terror aktları həyata keçirə bilər. 

Keçmiş MTN rəhbərlərindən olan AzDP sədri Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycanda terror təhlükəsi realdır:

“Azərbaycanda həqiqətən də terror təhlükəsi realdır. Mən bu haqda ötən ildən məlumatlar vermişəm. Xüsusi xidmət orqanları bundan sonra gərginləşdirilmiş iş qrafikinə keçməlidilər. İraq və Suriyadan çıxarılan İŞİD regiondan kənarlaşdırıldıqdan sonra imkan tapdıqları yerdə terror hadisələri törətməyə başlayacaqlar. Bildiyimiz kimi Türkiyə mətbuatı artıq təhlükənin olması barədə məlumat da yayıb. Onlar bu informasiyanı Türkiyə xüsusi xidmət orqanlarına istinadən yayıblar. Nəzərə alsaq ki, İŞİD sıralarında yüzlərlə azərbaycanlı vuruşur, onların burada üzvləri həbs olunur, onda bu təhlükə həqiqətən də realdır. Azərbaycanda terror təhdidi səviyyəsi narıncı həddə qaldırılmalıdır. Terrora qarşı ən effektiv mübarizə metodu bizim kəşfiyyat orqanlarının xarici həmkarları ilə əməkdaşlıq etməsidir. Terrorun qarşısını almaq üçün ən önəmli məsələ qabaqcadan terror haqda informasiya tutmaqdır. Bu informasiyanı da ölkələr əməkdaşlıq edərək bir - birlərinə ötürə bilərlər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO