Mərkəzi Bankın valyuta ehtiyatları hər il 200 milyon dollar artacaq – BVF 

Mərkəzi Bankın valyuta ehtiyatları hər il 200 milyon dollar artacaq – BVF 

Hazırda oxunan: Mərkəzi Bankın valyuta ehtiyatları hər il 200 milyon dollar artacaq – BVF 

82953

2028-ci ilə kimi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8,275 milyard dollara qədər artacaq. 

Bizim.Media xəbər verir ki, bu proqnozlar BVF-nin Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilib. Qeyd edək ki, bu ilin 30 iyun tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 7,371 milyard dollar (I yarımillikdə artım 4,2%) olub.

Başqa sözlə, 2022-2027-ci illərdə AMB-nin ehtiyatları 12,2% artacaq. 

BVF-nin proqnozlarına görə, 2022-ci ilin yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatları 7,275 milyard (2021-ci ilə nisbətən 2,8% çox) təşkil edəcək. Vurğulanıb ki, 2023-2027-ci illərdə AMB-nin valyuta ehtiyatlarının illik artımı 200 milyon məbləğində olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO