Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Hazırda oxunan: Azərbaycanda yük və sərnişin daşınması ARTIB
631122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manat məbləğində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 % çox xidmət göstərilib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 

Məlumata görə, xidmətlərin 5 milyard 530,7 milyon manatı (60,1 %-i) yük daşınması, 2 milyard 522,9 milyon manatı (27,4 %-i) sərnişin daşınması, 1 milyard 153 milyon manatı (12,5 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.


Nəqliyyat sektorunda 140,8 milyon ton və yaxud 1 il əvvələ nisbətən 2,8 % çox yük daşınıb.

Yüklərin 63 %-i avtomobil, 25,9 %-i boru kəməri, 7,4 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,1 %-i hava nəqliyyatı ilə daşınıb.

Daşınmış sərnişinlərin sayı 1 milyard 290,0 milyon nəfər və yaxud illik müqayisədə 8,6 % çox olub. Sərnişinlərin 89,3 %-i avtomobil nəqliyyatı, 10 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO