"Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

"Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

Hazırda oxunan: "Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

623873

Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında "Roketsan" Şirkərinin Baş direktoru Murad İkinci deyib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda həyata keçirdiyi investisiya layihəsi çərçivəsində raket istehsalı sahəsinə ciddi töhfə verəcək yeni müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.

Baş direktor "Roketsan"ın eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayıb.
 

“Azərbaycan bizim qardaş ölkəmizdir. Biz "Roketsan" olaraq burada çox ciddi müdafiə sənayesi layihələrini həyata keçirməyə çalışırıq. Hazırda davam etdirdiyimiz bir investisiya layihəmiz var. Bu investisiya ilə Azərbaycanda raket istehsalı sahəsində çox ciddi töhfə verəcək bir müəssisəni istifadəyə verəcəyik.


Bir çox şirkətlə əməkdaşlıq edirik. Burada istehsal olunan məhsulların oxşarlarının Azərbaycanda hazırlanmasını təmin edəcək, eyni zamanda azərbaycanlı gənc mühəndislərin və texniki mütəxəssislərin yetişməsinə xidmət edəcək infrastruktur formalaşdırırıq”, - Murad İkinci qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO