BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

Hazırda oxunan: BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

620127

Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 10 milyon 556,4 min ton (nəqletmənin 76,8 faizi) təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 milyon 89,7 min ton və ya 9,4% azdır.

Belə ki, 2025-ci ilin yanvar-may aylarında BTC ilə 11 milyon 646,1 min ton neft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini (8700,0 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini (1856,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO