Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

610581

Qızıl nə qədər qiymətli olsa da, insan sağlamlığına zərərlidir. Ona görə də həkimlər bir çox qadınlara qızıl-zinyət əşyalarının taxmağı məsləhət bilmir.

Xüsusilə qızılın tərkibinə vurulan nikel insan sağlamlığı üçün çox təhlükəlidir.

Bu təhlükəni sığortalamaq üçün AZS EN 12472:2026 dövlət standartı qəbul edilib. Bu standart yalnız texniki sənəd deyil, həm də istehlakçıların sağlamlığının qorunması və bazarın beynəlxalq tələblərə uyğunlaşdırılması baxımından mühüm addım hesab olunur. 

Zərgərlik məmulatlarının istehsalında geniş istifadə olunan nikel metalı məhsullara davamlılıq və parlaqlıq versə də, eyni zamanda ən çox yayılmış kontakt allergenlərdən biridir. Dəri ilə uzunmüddətli təmas zamanı, xüsusilə rütubətli mühitdə nikel ionları ayrılaraq allergik reaksiyalara səbəb ola bilər.

Yeni standartın əsas məqsədi zərgərlik məmulatlarından ayrılan nikelin miqdarını beynəlxalq normalara uyğun səviyyədə saxlamaqdır.

Bu isə istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Standartın əsas yeniliklərindən biri məhsulların laboratoriya şəraitində “sürətləndirilmiş aşınma və korroziya” testindən keçirilməsidir. Bu metod vasitəsilə zərgərlik məmulatının uzunmüddətli istifadə zamanı necə dəyişəcəyi qısa müddətdə simulyasiya olunur.

Başqa sözlə, bir neçə saat ərzində məhsulun illərlə istifadə edilmiş vəziyyəti modelləşdirilir və örtüyün aşınmasından sonra nikelin üzə çıxma ehtimalı qiymətləndirilir. Bu yanaşma satışdan əvvəl məhsulun təhlükəsizliyini daha dəqiq müəyyən etməyə imkan verir.

“EN” indeksli bu standart Avropa normalarına uyğunlaşdırılıb.

Bu isə Azərbaycanın zərgərlik bazarında tətbiq olunan keyfiyyət və təhlükəsizlik tələblərinin beynəlxalq səviyyəyə yüksəldiyini göstərir.

Yeni standartın tətbiqi zərgərlik sektorunda daha şəffaf və təhlükəsiz mühit formalaşdırır. Artıq istehlakçılar üçün məhsulun yalnız estetik görünüşü deyil, həm də onun bioloji təhlükəsizliyi ön plana çıxır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bu qərarın qəbulunun vacib olduğunu deyib:
 

“Amma bu qərarla paralel digər qaydalar da qüvvəyə minməlidir. Vaxtilə Əyar Palatası vardı. Bu Palatanın nəzarəti hesabına bazara aşağı keyfiyyətdə qızıl məmulatları çıxarılmırdı. Bir neçə il qabaq Palata ləğv olundu. Bu gün qızıl bazarına heç bir nəzarət yoxdur. Kim nə istəyir istehsal edir və satır. Satılan məmulatların nə qədər keyfiyyətli olmasını isə müəyyən etmək mümkünsüzdür.


Digər bir problemsə qızılın geri qaytarılmasında və dəyişdirilməsində olan problemdir. Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən qızıl məmulatları qaytarılmayan və dəyişdirilməyən mallar siyahısına daxil edilib. Bu da qızıl biznesiylə məşğul olanlara əlavə imkan yaradır ki, istehlakçını aldatsın, ona aşağı keyfiyyətli məhsul satsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO