Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Hazırda oxunan: Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI
596638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 9,3%, kəmiyyət olaraq 3 dəfə çoxdur.
 

Hesabat dövründə Azərbaycan Monqolustandan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çox) 324,53 ton (+5,8 dəfə), Yeni Zelandiyadan 3,89 min ABŞ dolları dəyərində (-67%) 0,09 ton (-76%), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20%), Avstraliyadan 1,64 min ABŞ dolları dəyərində (+27 dəfə) 0,03 ton (+3 dəfə) və Yaponiyadan 0,06 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.


Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük Yaponiyadan həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54%-i Monqolustanın payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO