“Azərbaycan enerji sahəsində Avropanın qarantıdır” - Asəf Hacıyev

“Azərbaycan enerji sahəsində Avropanın qarantıdır” - Asəf Hacıyev

Hazırda oxunan: “Azərbaycan enerji sahəsində Avropanın qarantıdır” - Asəf Hacıyev

0:00
0:00
42318

Yanvarın 1-dən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sayı 13-ə çatacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan mediasına açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi, akademik Asəf Hacıyev bildirib.

“Bunların arasında Azərbaycana dost, həmçinin uğurlarına bir o qədər sevməyən ölkələr də var. Lakin, buna baxmayaraq bu gün belə bir gözəl cütlük əmələ gəlib - Azərbaycan, Türkiyə və Gürcüstanı da bura əlavə etmək olar. Bu ölkələr dünyanın enerji bazarında artıq mərkəzə çevrilib. Bildiyiniz kimi, Xəzər dənizindən əldə edilən neft və qaz Türkiyə üzərindən dünya bazarlarına çatdırılır. Hazırda bütün dünya başa düşür ki, Azərbaycan, Türkiyə və Gürcüstan Avropanın enerji sahəsinin qarantı kimi qəbul edilir. Azərbaycan kiçik dövlət olsa da, bu gün artıq dünyanın siyasi xəritəsində layiqli yerini tutub”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO