Azərbaycanda bu ərzaqlar BAHALAŞDI - QİYMƏTLƏR

Hazırda oxunan: Azərbaycanda bu ərzaqlar BAHALAŞDI - QİYMƏTLƏR

41691

Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları avqust ayı ilə müqayisədə 2,6% bahalaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qiymət artımı ayrı-ayrı ərzaq məhsullarında müxtəlif olub.  

Belə ki, ötən ay çörək, çörək məmulatları və yarmalar 1,8% , ət və ət məhsulları 0,6%, balıq və balıq məhsulları 1,3%, süd və süd məhsulları 0,8%, yumurta 7,3%, kərə və bitki yağları 0,5%, tərəvəz 13,5%, qənd, cem, bal, şokolad və konfetlər 0,8%, çay, qəhvə, kakao 2,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, spirtli içkilər 0,4% bahalaşıb, meybə 0,2% ucuzlaşıb, tütün məmulatlarının qiymətləri isə dəyişməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO