“Qazprom” Avropaya ixracı artırdı

“Qazprom” Avropaya ixracı artırdı

Hazırda oxunan: “Qazprom” Avropaya ixracı artırdı

40590

"Qazprom" 2021 -ci ildə Avropaya qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərinə əlavələr edib.

Bizim.Media xəbər verir ki, bu barədə Sankt - Peterburq Beynəlxalq Qaz Forumunda "Qazprom Export" şirkətinin baş direktoru Elena Burmistrova məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın qaz ötürmə sistemi də daxil olmaqla, bütün marşrutlar üzrə əlavə həcmlər tədarük edilib. Burmistrova əlavə edib ki, “Qazprom” uzunmüddətli müqavilələr üzrə bütün öhdəliklərini yerinə yetirir.

Burmistrova, uzunmüddətli müqavilələrin istehlakçı maraqlarını qoruduğunu da deyib.
 

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin enerji mövzusunda keçirilən toplantıda “gəlin, bazarda təklif artımını düşünək" deyərək, bunun “"Qazprom”la danışaraq" həyata keçirilməli olduğunu söyləmişdi. 


Bu gün Avropada qazın qiymətində enişin olması isə məhz Rusiya prezidentinin bu sözləri ilə əlaqələndirilir. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO