Enerjiyə və suya qənaət ediləcək - Azərbaycanda YENİ STANDART 

Enerjiyə və suya qənaət ediləcək - Azərbaycanda YENİ STANDART 

Hazırda oxunan: Enerjiyə və suya qənaət ediləcək - Azərbaycanda YENİ STANDART 
30075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılması və ətraf mühitin qorunmasına xidmət edəcək yeni dövlət standartı təsdiq edilib. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, bu məqsədlə AZS ISO 14001:2021 (az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib. 

Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri.

İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb. 

Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO