"Green Card" müraciəti pullu oldu

"Green Card" müraciəti pullu oldu

Hazırda oxunan: "Green Card" müraciəti pullu oldu
270950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

16 sentyabr 2025-ci il tarixindən etibarən "Green Card" Lotereyasının bütün iştirakçılarından 1 ABŞ dolları məbləğində ərizə haqqı ödəmələri tələb olunur.

Bizim.Media xəbər verir ki, bu dəyişiklik əlavə elektron ərizə rüsumudur və ərizənin təqdim edilməsi zamanı tutulur. 

Əvvəllər iştirak pulsuz idi və yeganə rüsum 330 dollar idi ki, onu da yalnız viza üçün müraciət edən və qazananlar ödəyirdi.

Yeni rüsum lotereya xərclərini bir neçə şəxs deyil, bütün müraciət edənlər arasında daha ədalətli bölüşdürmək məqsədi daşıyır.
 

Konkret olaraq, vəsait məlumatların emalı və mühafizəsi, qaliblərin avtomatik seçilməsi və proqramın texniki infrastrukturunun saxlanılması ilə bağlı illik xərcləri qarşılayacaq.


330 ABŞ dolları məbləğində viza ərizəsinə baxılması üçün əsas rüsum dəyişməz olaraq qalır. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO