Ukrayna Azərbaycan qazının İDXALINA BAŞLADI - İLK DƏFƏ

Ukrayna Azərbaycan qazının İDXALINA BAŞLADI - İLK DƏFƏ

Hazırda oxunan: Ukrayna Azərbaycan qazının İDXALINA BAŞLADI - İLK DƏFƏ
261992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın “Naftogaz Group” şirkəti SOCAR-ın tərkibinə daxil olan “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınmasına dair ilk müqaviləni imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Naftogaz Group” şirkətinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, sınaq partiyası şəklində olan bu qaz partiyası ilk dəfə Bolqarıstan–Rumıniya–Ukrayna xətti üzrə, yəni transbalkan marşrutu ilə çatdırılır.

Şirkətin baş direktoru Sergey Koretski bu addımı belə şərh edib:

“Bu, həcmi baxımından kiçik, amma strateji baxımdan mühüm addımdır. Bu, uzunmüddətli əməkdaşlıq üçün yol açır. Eyni zamanda, qaz tədarükündə mənbələrin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin daha bir nümunəsidir.”
 

Koretski həmçinin bu razılaşmanın əldə olunmasına dəstəyə görə Ukrayna Prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkür edib.


O, həmçinin azərbaycanlı tərəfdaşlara – SOCAR nümayəndələrinə etimada görə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO