Mask Trampa görə təxminən 111 milyard dollar İTİRDİ

Mask Trampa görə təxminən 111 milyard dollar İTİRDİ

Hazırda oxunan: Mask Trampa görə təxminən 111 milyard dollar İTİRDİ
238121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın sərvəti ötən ilin dekabrın 17-dən indiyədək 110,8 milyard dollar azalaraq 353,2 milyarda düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bildirilib ki, azalmaya səbəb “Tesla” səhmlərinin azalmasıdır.
 

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda “Tesla”nın səhmləri 15% ucuzlaşıb, nəticədə Mask bir gündə 1,5 milyard dollar itirib.


“Forbes” yazır ki, Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır.

Qeyd edək ki, martın 4-də ABŞ Kanada və Meksikadan idxal olunan mallara 25% rüsum tətbiq edib və Çin mallarına tariflər 10%-dən 20%-ə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO