Naxçıvanda sahibkarlara verilən kreditin məbləği açıqlandı

Naxçıvanda sahibkarlara verilən kreditin məbləği açıqlandı

Hazırda oxunan: Naxçıvanda sahibkarlara verilən kreditin məbləği açıqlandı

22053

Bu ilin ilk rübündə muxtar respublikada sahibkarlara 8 milyon 555 min 200 manat kredit verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib. 

Belə ki, verilmiş kreditin 4 milyon 680 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 875 min 200 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 13 hüquqi və 677 fiziki şəxs qeydiyyata alınıb. 

Qeyd edək ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur.

Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. 2021-ci ilin birinci rübündə muxtar respublikada 62 yeni iş yeri yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO