Vaxtı keçmiş kreditlərin həcmi bəlli oldu

Vaxtı keçmiş kreditlərin həcmi bəlli oldu

Hazırda oxunan: Vaxtı keçmiş kreditlərin həcmi bəlli oldu

180977
Banklar tərəfindən ev təsərrüfatlarına ayırılan kreditlərin həcmi xa0azalıb.xa0

Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin dörd ayında xa0ev təsərrüfatlarına 5230,2 milyon manat kredit verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu kreditlərin həcmi 1955,2 milyon manat azalıb.

2017-ci ilin dörd ayında ev təsərrüfatlarına ayrılan vəsaitin kredit portfelindəki xüsusi çəkisi 33,8 faizə bərabər olub. Bu da ilin əvvəli ilə müqayisədə istehlak kreditlərinin portfeldəki xüsusi çəkisinin xa01 faiz, ötən ilin hesabat dövrü ilə müqayisədə isə 4,5 faiz xa0azalması deməkdir.

Hesabat dövründə ticarət və xidmət sektoruna 2198,9 milyon manat, inşaat və əmlak sektoruna 1863,7 milyon manat kredit ayrılıb. xa0Mərkəzi Bankın statistikası göstərir ki, inşaat və əmlak sektoruna ayrılan kreditlərin ümumi həcmi azalsa da, kredit portfelindəki xa0xüsusi çəkisi faiz nisbəti ilə artıb və ilin əvvəlindəki 11,9 faizdən 12,1 faizə yüksəlib.xa0

Qeyd edək ki, ilin əvvəlindən ümumilikdə 15 milyard manat kredit qoyuluşu həyata keçirilib. Kreditlərin 1594,0 milyon manatının ödəmə vaxtı keçib. Bu da vaxtı keçmiş kreditlərin kredit portfelindəki xüsusi çəkisinin 10,3 faizə çatması deməkdir. Müqayisə üçün bildirək ki, ilin əvvəlində nisbət 9,8 faiz olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO