Tikinti məhsulları bazarında SON VƏZİYYƏT – TƏHLİL 

Tikinti məhsulları bazarında SON VƏZİYYƏT – TƏHLİL 

Hazırda oxunan: Tikinti məhsulları bazarında SON VƏZİYYƏT – TƏHLİL 

168679

“Hazırda tikinti matterialları bazarında vəziyyət stabildir və elə də ciddi bir qiymət artımı nəzərə çarpmır. Əsasən də taxta və armaturun qiyməti dəyişməz olaraq qalır”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bəzi tikinti materialları idxal gömrük rüsumundan AZAD OLUNUB 


Onun sözlərinə görə, artımlar əsasən ötən ilin sonu, cari ilin əvvəllərində baş verdi: 

“Ənənəvi olaraq, qış aylarında bu bazara tələb aşağı olduğu üçün qiymətlər əsasən yaz aylarından etibarən bahalaşmağa başlayır. Lakin cari ildə də biz artımı müşahidə etmədik. Bunun da səbəbi Bakı şəhərində “tikinti bumu”nun aşağı düşməsi ilə əlaqəlidir. Hətta bəzi materialların qiymətlərində azalmalar oldu”

Qiymətlər necə dəyişib?

Ekspertin sözlərinə görə, bəzi məhsullarda çox cüzi, yəni 1-2 faizlik artımlar hələ də müşahidə olunur:

“Bu da həm yerli, həm də xarici məhsullarda özünü göstərir. Bunlar da əsasən bəzək əşyaları, santexnika malları, dam örtükləri, alçipan üçün istifadə olunan dəmir profillər və digər xırda məhsullarda müşahidə olunur. Bu da bazara gedən müştərinin istəyinə əsasən baş verir. Belə ki, əgər bir alçipanın qiyməti 1 kv.m-ə görə 8-11 manat arasındadırsa, müştərinin istəyinə görə nisbətən aşağı sala bilirlər”. 

Müsahibimiz taxta məhsullarında da qiymətlərin dəyişmədiyini diqqətə çatdırdı:

“Döşəməlik taxtanın 1 kubmetri 250-280 manat arasında dəyişir. Amma Rusiya-Ukrayna müharibəsi dövründə bu dəyər 400-450 manat idi”.

Qum və çınqılın nisbətən bahalaşdığını deyən ekspert, bunun səbəbini ötən il müəyyən məhdudiyyətlərin tətbiqi ilə əlaqələndirib:

“Ötən il qum, çınqıl, atsep və digərlərinin 1 kubmetri 18-22 manat təşkil edirdisə, bu il 26-30 manat arasında dəyişir. Qumun qiyməti isə sarı və qara rənglərinə görə dəyişə bilir. Qara qum bir qədər baha başa gəlir”. 

O, ancaq sementin qiymətinin stabil olduğunu söyləyib:

“Bir müddət əvvəl 20 qəpikdən bir qədər bahalaşsa da, hazırda heç bir dəyişiklik baş verməyib. Yəni, markasından asılı olaraq qiyməti 5.80 manatdan 6.80 manata qədər dəyişir. Hazırda ölkə bazarında xarici sement yoxdur, yalnız İrandan gəlir ki, bu da çox azdır. Bazarda əsas üstünlük yerli məhsullara verilir”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO