“Rusiya iqtisadiyyatı bərpa olunmağa başlayıb” - “Bloomberg”

“Rusiya iqtisadiyyatı bərpa olunmağa başlayıb” - “Bloomberg”

Hazırda oxunan: “Rusiya iqtisadiyyatı bərpa olunmağa başlayıb” - “Bloomberg”

16810

Tənəzzüldən sonra Rusiya iqtisadiyyatı pandemiya fonunda bərpa olunmağa başlayib.

Bizim.Media “Bloomberg”ə istinadla xəbər verir ki, ölkədə təkrar sərt karantinə gedilməməsi bu prosesə töhfə verib.

Agentliyin materialında qeyd edilib ki, Rusiya iqtisadiyyatı başqa ölkərlədən fərqli olaraq yumşaq koronavirus məhdudiyyətləri səbəbindən pandemiyadan daha az əziyyət çəkib:

“Vəziyyət yalnız inflyasiyaya təsir etdi. Buna qida məhsullarının dünya səviyyəsindəki bahalaşması və daha sonra rublun məzənnəsinin düşməsi təhrik etdi”-deyə məlumatda vurğulanıb.

Agentlik 2020-ci ildə Rusiya iqtisadiyyatının düşmə səviyyəsini "təəccüblü dərəcədə kiçik" adlandırır:

“Onun bərpası sürətlənir və bu, əhalinin koronavirus əleyhinə peyvəndlənməsi, neftin bahalaşması ilə müşayiət olunur”.

Agentlik Rusiya Prezidenti Vladimir Putin 2020-ci il üçün söylədiyi iqtisadi pronozdan da xatırlatma verib:

“Putin daha əvvəl 2020-ci ilin II Dünya Müharibəsindən bəri qlobal iqtisadiyyat üçün ən çətin il olduğunu qeyd etmişdi. Dövlət başçısı Rusiyanın pandemiya fonunda iqtisadi tənəzzülü dəf etməyi bacardığını vurğuladı. Buna vaxtında, hesablanmış dəstək tədbirləri səbəb oldu”,-deyə yazıda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO