“Qazprom” qazın nəqli tariflərini qaldıracaq: TARİX AÇIQLANDI

“Qazprom” qazın nəqli tariflərini qaldıracaq: TARİX AÇIQLANDI

Hazırda oxunan: “Qazprom” qazın nəqli tariflərini qaldıracaq: TARİX AÇIQLANDI

163499

Qazpaylayıcı şəbəkələrlə qazın nəqli xidmətlərinin tarifləri 2024-cü il iyulun 1-dən deyil, bu ilin dekabrın 1-dən artırılmalıdır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu tələbi "Qazprom Mejregionqaz"ın rəhbəri Sergey Qustov irəli sürüb.

Qazlaşdırma üzrə qərargahın iclasında çıxış edən S.Quslov, qazpaylayıcı təşkilatların xidmətlərinin qiymətinin artırılması üçün mövcud şərtlərin qazlaşdırma və qazlaşdırmadan sonrakı proqram üzrə nəzərdə tutulan işlər üçün qeyri-adekvat olduğunu bildirib:

O, indiki indeksasiyanı “daha böyük rəqəm” söyləyib və burada əsas söhbətin 10 faizlə bağlı olduğunu diqqətə çatdırıb.

Bu səviyyənin cari ilin dekabrın 1-dən qazın topdansatış qiymətinin 10 faiz artırılması ilə izah edən S.Qustov təklif edib ki, tariflər şəklində olan “kiçik komponent”lər də artırılmalıdır. 
 

“Ona görə ki, çünki alıcı artıq qiymət artımının olacağını anlayıb”, - deyə şirkət rəhbəri əlavə edib. 

Qeyd edək ki, “Qazprom” bununla belə, gələn ilin yayında xidmətlərin qiymətini artırmaqdan imtina etmək niyyətində deyil. Ona görə ki, Federal Antiinhisar Xidmətinə (FAS) iyulun 1-dən tarifləri 15 faiz, 2025-ci il iyulun 1-dən isə 7,2 faiz artırmağı təklif edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO