Cəbrayılda yanacaqdoldurma stansiyası AÇILDI  

Cəbrayılda yanacaqdoldurma stansiyası AÇILDI  

Hazırda oxunan: Cəbrayılda yanacaqdoldurma stansiyası AÇILDI  
154957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SOCAR PETROLEUM Cəbrayıl rayonunun Şükürbəyli kəndində modul tipli yanacaqdoldurma stansiyası (YDS) açıb. 

Bizim.Media bu barədə şirkətə istinadən xəbər verir. 

Stansiya Şükürbəyli-Cəbrayıl-Hadrut yolu ilə hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu yol Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolundan başlayır və Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir. 
AI-92, AI-95 Premium markalı və dizel yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada iki yanacaq dispenseri quraşdırılıb, iki kiçik tonnajlı və ağır yük avtomobillərinə yanacaq verilməsi üçün şərait yaradılıb. 

Qeyd edək ki, yeni YDS "Heydər Əliyev İli" çərçivəsində istismara verilən sayca 7-ci YDS-dir. 

Hazırda Şuşa və Laçın şəhərləri, Ağdam, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir.

Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli 3-cü stansiyadır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 6-ya, ümumilikdə isə ölkə ərazisində 53-ə çatdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO