“Apple” sevənlərə MÜJDƏ: “iPhone 15” təqdim olundu - FOTO 

“Apple” sevənlərə MÜJDƏ: “iPhone 15” təqdim olundu - FOTO 

Hazırda oxunan: “Apple” sevənlərə MÜJDƏ: “iPhone 15” təqdim olundu - FOTO 

154899

"Apple" şirkəti “iPhone 15” smartfon seriyasını təqdim edib.

Bizim.Media xəbər verir ki, xüsusi tədbir çərçivəsində təqdim edilən seriyaya “iPhone 15”, “iPhone 15 Plus”, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modelləri daxildir. 

“Apple” şirkəti “iPhone 15” seriyasından başlayaraq bütün yeni modellərin ekranlarında ənənəvi çıxıntı hissədən imtina edib. Belə ki, “iPhone 15” və “iPhone 15 Plus” modellərinin ekranları da “Dynamic Island” çıxıntısını əldə ediblər.  

Digər bir yenilik isə “iPhone 15” smartfonlarında “Lightning” girişindən imtina edilməsi olub. Şirkət bu yeni smartfonlarda “Lightning” girişini “USB-C” ilə əvəz edib.  

Keçən ilki iPhone 14 Pro modelləri ilə müqayisədə iPhone 15 Pro modellərində əsas yenilik onların gövdələrinin titan materialdan hazırlanmasındadır. Üstəlik iPhone 15 Pro Max modeli 5 qat zoom özəlliyinə sahib telekameranı da əldə edib. 

Üstəlik yeni “iPhone 15” modelləri ikitərəfli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Yəni istifadəçi bu yeni smartfonlar vasitəsilə “AirPods” qulaqlıqlarını şarj edə bilər.

“iPhone 15”in qiyməti 799 dollardan, “iPhone 15 Plus”un qiyməti isə 899 dollardan başlayacaq. “iPhone 15 Pro”nun qiyməti 999 dollardan, “iPhone 15 Pro Max”ın qiyməti isə 1199 dollardan start götürəcək. 
Qeyd edək ki, modellərin satışlarına 22 sentyabr tarixində start veriləcək.










Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO