Azərbaycanlı lotereya həvəskarı 62 min 910 manat uddu

Azərbaycanlı lotereya həvəskarı 62 min 910 manat uddu

Hazırda oxunan: Azərbaycanlı lotereya həvəskarı 62 min 910 manat uddu

141710
İyunun 13-də "Azərlotereya" ASC-nin təşkil etdiyi "Binqo" lotereyasının 276-cı tirajında 19 min manata yüksəlmiş cekpot "011116" nömrəli biletin sahibi tərəfindən qazanılıb.

İqtisadiyyat Nazirliyindən Moderator.az -a verilən məlumata görə, bundan başqa, iyunun 18-də "6/40" lotereyasının 1264-cü tirajında 62 min 910 manata yüksəlmiş cekpot "051917" nömrəli biletin sahibi tərəfindən udulub.

"Azərlotereya" ASC lotereya həvəskarlarının nəzərinə çatdırır ki, "5/36" lotereyasının cekpotu artıq 108 min 370 manat, "Klassik Loto"nun meqapotu isə 255 min manat təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO