İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 25%-i İSTİFADƏ OLUNMAYIB

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 25%-i İSTİFADƏ OLUNMAYIB

Hazırda oxunan: İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 25%-i İSTİFADƏ OLUNMAYIB

139397

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin formalaşmasında istifadə olunmamış vəsaiti böyük paya malikdir. Belə ki, 2023-cü ilin təsdiq edilmiş büdcəsində Fondun istifadə olunmamış vəsaiti gəlirlərinin 24,9%-ni, təqdim edilmiş layihədə isə 26,6%-ni təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının rəyində qeyd olunub.

Bu vəsaitin 2022-ci ilin sonuna 63,0 mln. manat olması gözlənildiyi halda, 2023-cü ilin təsdiq edilmiş büdcəsində onun 84,1%-i və ya 53,0 milyon manatı gəlirlərə daxil edilib, təqdim edilmiş layihədə isə 2022-ci ilin sonuna qalıq vəsait 67,1 mln manat olduğu halda, həmin vəsaitin 86,4%-i  və ya 58,0 mln manatı Fondun gəlirlərində nəzərdə tutulub.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO