Sığortası olmayan ev sahibləri CƏRİMƏLƏNƏCƏK – 5 gün qaldı...

Hazırda oxunan: Sığortası olmayan ev sahibləri CƏRİMƏLƏNƏCƏK – 5 gün qaldı...

138106

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Bildirişdə isə qeyd edilir ki, mayın 31-nə qədər evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək. Bildirişdə məcburiyyət və cərimə olduğu üçün məsələ bəzi vətəndaşları ciddi narahat etməyə başlayıb. 

Qeyd edək ki, insanların çoxu əmlaklarını sığorta etdirməyə o qədər də maraqlı deyillər. Amma qanunvericilikdə bu məsələ uzun müddətdir ki, nəzərdə tutulub və tətbiqi qeyd olunub. 

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni elektron sistem hazırlanıb və iyunun 1-dən etibarən işə düşəcək. Bununla da sığortasız evlər avtomatik olaraq cərimələnəcək.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, iyunun 1-dən heç bir vətəndaşa cərimə tətbiq olunmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artıb


“Çünki vətəndaşlara göndərilməsi üçün inzibati protokolun nümunəsi yoxdur. Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə “İcbari sığortalar haqqında” qanunla 2011-ci ildən etibarən məcburi hesab edilir. Əgər vətəndaş evini sığorta etdirməsə, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsin görə  fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq edilməsi nəzərdə tutulub. 

Yəni cərimə sanksiyası var. Hüquqi şəxslərə nisbətdə cərimə tətbiq etməyə səlahiyyətli olan qurum Fövqəladə Hallar Nazirliyidir. Fiziki şəxslərə, yəni şəxsi evlərə cərimə tətbiq etmək səlahiyyəti isə yerli icra hakimiyyəti orqanlarına həvalə edilib. Protokol nümunəsi olduğu üçün hüquqi şəxslərlə bağlı problem yoxdur. Fiziki şəxslərlə bağlı isə İnzibati Xətalar Məcəlləsi ilə cərimə nəzərdə tutulmasına baxmayaraq, protokol nümunəsi yoxdur. Protokol nümunəsi olmadığına görə heç bir halda cərimə tətbiq edilə bilməz”. 

Ekspert əlavə edib ki, iyunun 1-dən etibarən sığortasız evlərin cərimələnməsi məsələsini müvafiq icra hakimiyyətləri deyil, sığorta şirkətləri, İcbari Sığorta Bürosu, ümumiyyətlə sığorta sektoru ortalığa atıb:
 

“Bu məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, İcbari Sığorta Bürosu ilə Əmlak Məsələləri Xidməti arasında elektron mübadilə proqramları yekunlaşıb. Əmlak Komitəsinin sənədli evlər bazasını hazırda İcbari Sığorta Bürosu görür. Bu o demədir k, bu qurumlar bir-birləri ilə elektron sənəd mübadiləsi əsasında  hansı evlərin sığortalı olub-olmamasından məlumatlıdırlar. 


Buna baxmayaraq, onların nə cərimə tətbiq etmək səlahiyyəti var, nə də vəzifələridir. Yeganə cərimə səlahiyyəti tətbiq edən qurum icra hakimiyyəti orqanıdır. Onlarda isə sığortalı və sığortasız evlər barədə heç bir məlumat yoxdur. Həmçinin vətəndaşlara göndərilməsi üçün inzibati protokolun nümunəsi yoxdur. Bir sözlə bununla bağlı iyunun 1-dən heç bir vətəndaşa cərimə tətbiq olunmayacaq”.

Qeyd edək ki, mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO