Rusiyanın antidollar siyasəti uğursuzluğa məhkumdur: Qızıl Moskvanı xilas etməyəcək

Rusiyanın antidollar siyasəti uğursuzluğa məhkumdur: Qızıl Moskvanı xilas etməyəcək

Hazırda oxunan: Rusiyanın antidollar siyasəti uğursuzluğa məhkumdur: Qızıl Moskvanı xilas etməyəcək

125182



Bir müddət əvvəl Almaniyanın “Die Welt”x9d qəzeti Rusiya, Çin və bəzi Avropa ölkələrinin qızıl ehtiyatını artırdığı barədə məlumat yaymışdı. Qəzetin iddiasına görə, bunun səbəbi dollardan imtina ilə bağlıdır.

İddianı daha dərindən təhlil etmək üçün iqtisadçı ekspert Elçin Qurbanova müraciət etdik. Ekspetin yazılı açıqlamasını Moderator.az oxucularına təqdim edirik:

 

Rusiyanın qızıl ehtiyatının zənginləşdirilməsi iqtisadi təhlükəsizlik baxımından qismən sığortalanmaq kimi təqdir edilə bilər. Amma dollara qarşı tədbir kimi nəticələr doğuracağına proqnozlaşdırmaq hələlik düz deyil.

Belə bir planın həyata keçirilməsi yəqin ki, ilk olaraq ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) dövlətləri tərkibində planlaşdırılır. İttifaq tərkibində razılaşmaya gəlincə isə inadırıcı deyil ki, Çin tədbirə qoşulacağı təqdirdə Rusiyaya güzəştə gedəcək. Əslində bu məsələdə Rusiya çox gecikib. Yaradılması nəzərdə tutulan ittifaqa və yeni valyutasına əsas kim sahiblik və rəhbərlik edəcək ?

ABŞ dolarının dəyəri artarkən qızılın qiyməti enir. Azaldıqda isə əksinə. Avronun dəyəri isə qızıla ekvivalent dəyişir. Bu o deməkdir ki, qızılın və digər qiymətlilərin nominal dəyəri ABŞ dolları ilə tənzimlənir.

Bu gün Rusiya və digər dövlətlərin pul sərvətinə yanaşması, neoklassik Merkantilizm təliminin pula münasibəti xüsusiyyətlərini təcəssüm etdirir. Lakin onlar keçmiş MDB ölkələrindən fərqli olaraq, təsərrüfata (iqtisadiyyata) dövlətin aktiv müdaxiləsini qanunvericilik və siyasi müstəvidə həyata keçirməklə yanaşı, sənayenin, istehsalın subsidiyalaşdırılmasını da əsas hədəf kimi reallaşdırırdılar.  Merkantilistlər pul sərvətini dövlətin başlıca və əsas sərvəti hesab edirdilər. Amma bu təlimin ən parlaq nümayəndələrindən sayılan Antuan De Monkretyen hesab edirdi ki, “dövləti qızılın və gümüşün miqdarı yox, həyat və geyim üçün lazım olan predmetlərin olması varlı edir”x9d. Yəni natural təsərrüfatın nəticələrini, bioloji həyatın mənbəyi və əsas sərvət kimi qiymətləndirirdi.
Bu da bir növ fizeokratların pula münasibətinə bənzəyir. Onların fikrincə, əgər real sərvət yoxdursa pul sərvəti əhəmiyyətsiz və faydasızdır. Amma mənfur bürokratiya və tiranlıq Rusiya və bir çox MDB ölkələrini inkişaf etmiş ölkələrlə  müqayisədə on illərlə geridə qoyub. Məsələn Cənubi Korreyanın "Samsung" şirkəti  il ərzində 195 milyard, ABŞ ”“ın "Apple" isə 183 milyard dollar qazanc əldə edib. "Apple" bunula 39,5 milyard dollarlıq xalis gəlir, "Samsung" isə doqquzuncu yerlə 21,9 milyard dollar, "Microsoft" korporasiyası 22 milyard dollar xalis gəlir əldə etmişdir. Bu şirkətlər dünyaya texnologiya ixrac edən şirkətlərdəndir. Onların hər birinin ticarət dövrüyyəsi Azərbaycanın və bir çox MDB dövlətlərinin ÜDM-dən dəfələrlə çoxdur.

İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən şirkətlərin gəlirləri ölkələrin gəlirləri ilə müqayisə olunur. Bunun səbəbi isə dövlət siyasətinin sahibkarlığın inkişafına göstərdiyi qayğıdır. Buna sağlam rəqabət, intelektual resurslara qayğı və verilən qiymət, qeyri-təbii inhisarın tamamilə olmaması, azad və ədalətli məhkəmə hüquq sistemi, sabit qanunvericilik, mükəmməl vergi sistemi  və bütün bu əlamətlərin sayəsində yaranan əlverişli investisiya mühitidir.   

 Kapitalizmin inkişafı üçün lazım olan meyarların demək olar ki, heç biri Rusiyada lazımi səviyyədə deyil. Rusiya təkbaşına investisiya mühiti yarada bilməz. İqtisadiyyatın inkişafı azad bazar münasibətləri əsasında sağlam rəqabət,onun mühafizəsinə təminat verən sabit qanunvericilik sisteminin mövcudluğu, məhkəmə hüquq sisteminin obyektivliyi  və ədalətliliyi, siyasiləşməmiş ictimai və iqtisadi mühit, demokratiyanın mütləqliyi  və.s. ilə sıx bağlıdır. 

Rusiyada isə sözügedən meyarlar demək olar ki, yoxdur. İstənilən iş adamı siyasi baxışlarına görə basqıya məruz qala bilər və hökmən siyasi hakimiyyətin iradəsinə tabe olmalıdır. Məlumdur ki, Rusiyada hər hansı ciddi investorun belə risklərlə başbaşa faliyyəti mümkünsüzdür. Bu kimi problemlər səbəbindən Rusiya dünya iqtisadiyyatında etibarlı ölkə kimi tanınmır.

Digər məsələ isə dünya bazarında iştirak edəcək rəqabətədavamlı məhsulların olması, bazarın mükəmməl seqmentasiyası, valyutanın bazarda mübadilə vasitəsi kimi tanınması və ümumi kompromisin yaradılması vacib şərtlərdəndir. Rusiyanın qızılla möhkəmləndirmək istədiyi valyuta ilə təkbaşına bazara daxil olması  isə əslində onun özü üçün böyük təhlükədir.

Hesab edirəm ki, belə iddia ilə hətta Rusiya  iqtisadi tələyə düşə bilər. Hələlik 1300 ton qızıl ehtiyatı ilə nəhəng oyuna girmək qətiyyən mümkün deyil. ABŞ artıq uzun illərdir ki, dünya çapında kifayət qədər manipulyatorlar yaratmışdır ki, bu da hər hansı yöndəmsiz gücün yeni rəqib kimi ortaya çıxmasına qətiyyən şərait yaratmayacaq.

Rusiya qızıla  yeni nominal dəyər verə bilməz. Hətta Rusiya riskləri maksimum sığortalamaq istəsə, yalnız ikinci Şimali Koreyanı yaratmalı olacaq. Bu isə ölkəni bütün dünyadan təcrid etməkdir. Qloballaşma isə buna yol vermir. Xalqlar dünyada aparılan qloballaşma siyasətinin təsirindən sonra bəsit siyasi sistemin qapalı rejimi altında yaşaya bilməz. Bunun üçün ideoloji dövlət qurulmalıdır. Bu da absurd görünür.

Ölkənin qızıl ehtiyatı milli valyutanın dəyərinin möhkəmləndirilməsi, tədavüldə pul kütləsinin iştirakının ehtiyatlara müvafiq tənzimlənməsi üçün əhəmiyyətli rola malikdir. Çünki pulu hər hansı etalon qəbul edilmiş qiymətliyə mütənasib dəyərləndirmək və dəyərdə saxlamaq mümkündür. Bunun üçün daha etibarlı olan bütün dünyada qəbul edilmiş, həm aşınma, məhvolma, sıradan çıxma və daşına bilən , likvidlik həddi yüksək olan qiymətlilərdən biri də qızıl sayılır. Amma çox təəssüf ki, ABŞ dolları qızılla deyil, qızıl ABŞ dolları ilə tənzimlənir. Kobud desək, qiymətlərin müəyyənləşdiriləməsinə dollar diktə edir. Bütün hallarda etalon yenə də dollar götürülür və dominantlığını qoruyur.

Xüsusi iqtisadi güc kimi formalaşmaq üçün dünya bazarında ölkənin valyutası mübadilə vasitəsi kimi iştirak etməlidir. Əmtəə və ya xidmətlər  bazarda qismən diktə etmək imkanına malik olmalıdır ki, yerli valyutanın bazarda mübadiləsinə təbii yolla nail olmaq mümkün olsun. Bu zaman ölkənin valyutası dünya tərəfindən tanınır və banklararası tədavül  vasitəsi kimi iştirak edir.  Əks təqdirdə isə qızıl ehtiyyatlarını itirmək təhlükəsi ilə üzləşə bilər.

Rusiyanın dünya bazarlarında seqmentasiya prossesində uğuru görünmür. Çünki bu ölkənin məhsulları inkişaf etmiş ölkələr üçün alternativ mənbə kimi nəzərə alınır.

İnkişafa iddialı ölkə olaraq, Rusiya xammal ixracatçısıdır. Ona görə də Rusiya homogen məhsulların istehsalçıları ilə birlikdə  bazara təsir etməyə çalışır. Amma bu kimi tədbirlər uzunmüddətli ola bilmir. İran və Azərbaycan da belə ölkələrdəndir. Ona görə də  Qazprom inhisarçı kimi enerji resurslarını vahidləşdirmək istəyirdi. Bu da Avropanın ABŞ-la siyasi müttəfiqliyinin gücləndirilməsi və manipulyatorlarla vəziyyətə nəzarət etmək imkanını artırır.  Məsələn, indi Səudiyyə Ərəbistanı nefti Avropaya güzəştli qiymətlərlə satır. ABŞ bununla da  həm İran, həm də Səudiyyə neftinə nəzarət edir. Sanksiyalardan yenicə qurtulmaq istəyən İran və başqa ölkələr inanmıram ki,belə risqə getsinlər. Rusiya hərtərəfli gecikib.

Yeri gəlmişkən, bir neçə il əvvəl Rusiyanın şıltaqlığı Avropanı soyuq qış aylarında çətin vəziyyətlə üz-üzə qoydu. Bütün ölkələr üçün bu ibrətamiz hadisə Rusiyaya etibarı tamamilə sıradan çıxardı. Rusiya üçün dünya ölkələri ilə kompromis yalnız siyasi reforma və yeni siyasi təfəkkürün meydana gəlməsi ilə bərpa oluna bilər. Bu gün də hər bir rus iş adamı, oliqarx, məmur və sıravi vətəndaş öz sərvətini dollar və avroda saxlamağa üstünlük verir. Ona görə də antidollar aktına yalnız ittfaq şəklində getmək mümkündür. Çinin isə Rusiya maraqlarına görə belə bir riskə gedəcəyinə inamaq bir qədər sadəlövhlükdür. Buna yalnız Avropa ittifaqı ilə birgə nail olmaq mümkün ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO