Rusiya Azərbaycanla bu sahədə razılığa gəldi

Rusiya Azərbaycanla bu sahədə razılığa gəldi

Hazırda oxunan: Rusiya Azərbaycanla bu sahədə razılığa gəldi

111669

Rusiya Azərbaycanla daxili istehlak üçün qaz tədarükünü artırmaq barədə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də qaz qıtlığı var. Novak bildirib ki, gələcəkdə tərəflər svop (əvəzetmə sxemi üzrə tədarük) tədarüklərini də müzakirə edə bilərlər.

Bundan əvvəl Rusiyanın energetika naziri Nikolay Şulqinov Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi üzrə işlərin intensivləşdirilməsinin zəruriliyini bəyan edib.

Xatırladaq ki, noyabrın 15-də “Qazprom” yeni müqavilə əsasında Azərbaycana qaz tədarük etməyə başlayıb. Razılaşmaya görə, 2023-cü ilin mart ayına qədər 1 mlrd. kubmetrə qədər qaz tədarük edəcək.
2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. 2023-cü ilə qədər qüvvədə olan müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya qazın, eləcə də qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın nəqlini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO