Çempionlar Liqasında 8 oyunda 27 qol vuruldu

Çempionlar Liqasında 8 oyunda 27 qol vuruldu

Hazırda oxunan: Çempionlar Liqasında 8 oyunda 27 qol vuruldu
97653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.

Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"inə 5 cavabsız qolla qalib gəlib. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.

E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını 3:0 hesabı ilə darmadağın edib.
 

F qrupunda turnirin son qalibi "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını minimal hesabla üstələyib (2:1).

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa) klubundan güclü olub: 3:1. "Benfika" isə Portuqaliyada Fransa çempionu PSJ ilə (1:1) heç-heçə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO