Bakıdakı dünya çempionatında yeni qaydalar TƏTBİQ OLUNACAQ

Bakıdakı dünya çempionatında yeni qaydalar TƏTBİQ OLUNACAQ

Hazırda oxunan: Bakıdakı dünya çempionatında yeni qaydalar TƏTBİQ OLUNACAQ
90380
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında yeni qaydalar tətbiq olunacaq. 

Bizim.Media xəbər verir ki, IBSA (Beynəlxalq Görmə Məhdudiyyətli İdmanlar Federasiyası) cüdo qaydalarında kiçik dəyişikliklər edib. 

Bu dəyişikliklər Paris-2024 Yay Paralimpiya Oyunları bitənədək qüvvədə qalacaq. Əsas dəyişikliklərdən ikisi bunlardır: 

J1 kateqoriyalı (heç görməyənlər) cüdoçuların tatamiyə daxil olması və çıxması qaydası dəyişdirilib. Artıq baş hakim idmançıların əlindən tutmayacaq. İdmançılar hakimin qolundan tutub tatamiyə daxil olacaqlar. Bu qayda artıq Antalya (Türkiyə), Nur-Sultan (Qazaxıstan) və San Pauluda (Braziliya) keçirilmiş son 3 Qran Pridə tətbiq edilib. 

Sonomama-Yoşi qaydası isə eşitmə qüsurlu idmançılar üçün IJF (Beynəlxalq Cüdo Federasiyası) qaydasına uyğun dəyişdirilib. 
Qeyd edək ki, Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatı 7-9 noyabr tarixlərində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO