“Qarabağ”dan Çempionlar Liqasında ikinci dəfə REKORD

“Qarabağ”dan Çempionlar Liqasında ikinci dəfə REKORD

Hazırda oxunan: “Qarabağ”dan Çempionlar Liqasında ikinci dəfə REKORD

87389

Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” ardıcıl dörd oyunda qol vurub.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun yetirmələri yalnız mövsümün ilk görüşündə bunu bacarmayıb.

Həmin vaxt ağdamlılar Polşada “Lex”ə uduzub – 0:1. Poznanlılarla cavab görüşü (5:1), İsveçrə “Sürix”i ilə hər iki oyun (3:2, 2:2) və Macarıstan “Ferensvaroş”u ilə ilk sınaqda (1:1) təmsilçimiz rəqib qapısına yol tapıb.

Bu, Azərbaycan klublarının Çempionlar Liqasındakı rekordunun təkrarıdır. “Qarabağ”dan başqa heç bir komandamız qitənin ən nüfuzlu klub turnirində bunu bacarmayıb.

Ağdamlılar 2019-cu ildə də ardıcıl 4 oyunda qol vurub. Maraqlıdır ki, həmin vaxt da seriya I təsnifat mərhələsinin cavab görüşündə başlayıb.

Qurbanovun yetirmələri son dörd görüşdə həm də qol buraxıb. Yəni bu qarşılaşmaların hamısı Q/Q bitib. Bu da bir ilkdir. Azərbaycanın heç bir klubu Çempionlar Liqasında ardıcıl 4 dəfə Q/Q oynamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO