“Formula 1”: Azərbaycan Qran-prisində günün son yürüşü keçirildi - YENİLƏNİB

Hazırda oxunan: “Formula 1”: Azərbaycan Qran-prisində günün son yürüşü keçirildi - YENİLƏNİB

78665

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Bizim.Media xəbər verir, 1 saat davam edən məşqdən sonra ən yaxşı nəticəni “Ferrari”nin pilotu Şarl Lekler göstərib. 

Qeyd edək ki, bundan öncə baş tutan birinci sərbəst yürüşdə ən sürətli pilot Serxio Peres (“Red Bull”) olub.

18.05 ***

Bakıda “Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib.

Bizim.Media xəbər verir ki, “Formula 2” pilotlarının sıralama yarışının ardınca “Formula 1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

Saat 18:00-da start götürən günün son məşqi bir saat davam edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı "Formula 2" yarışında sıralama turu başa çatdı - YENİLƏNİB 


Birinci sərbəst yürüşdə ən sürətli pilot Serxio Peres (“Red Bull”) olub.

Qeyd edək ki, “Formula 1” pilotlarının sabah baş tutacaq üçüncü sərbəst yürüşü saat 15:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO