"Qarabağ"da "Zirə" ilə matç öncəsi İTKİLƏR VAR

Hazırda oxunan: "Qarabağ"da "Zirə" ilə matç öncəsi İTKİLƏR VAR

72973

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə" ilə qarşılaşacaq "Qarabağ" oyuna ciddi itkilərlə çıxacaq.

Bizim.Media xəbər verir ki, 25-ci turda "Sabah"la oyunda (1:1) qırmızı vərəqə ilə meydandan qovulan Patrik Andrade və mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan Qara Qarayev "Zirə" ilə matçı buraxacaq.

Zədə səbəbindən "Qarabağ"ın son iki matçını buraxan kapitan Maksim Medvedevin də bu görüşdə iştirakı sual altındadır.
Mayın 8-d keçiriləcək "Qarabağ" - "Zirə" qarşılaşması saat 20:15-də başlayacaq.

Xatırladaq ki, "Qarabağ" ötən tur "Sabah"la görüşdə çempionluğunu rəsmiləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO