Xəbər verdiyimiz kimi, dünya futbolunun əfsanəsi Lionel Messi Argentina millisində son oyununu keçirib. 39 yaşlı hücumçu vida matçı üçün Buenos-Ayresdə "Monumental Antonio Vespucio Liberti" stadionunda Benin yığmasına qarşı meydana çıxıb.
Bizim.Media xəbər verir ki, Benin yığmasını meydana kapitan kimi "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda çıxarıb. Almeyda matçdan əvvəl Messiyə komandası adından hədiyyə də təqdim edib.
Qeyd edək ki, Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi millidəki son matçında bir qol, iki assist edib. Bununla da L.Messi milli karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb. (Oxu.az)

Bizim.Media

- A-
- A
- A+
İdman
10:06 / 07.10.2026
"Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü – FOTO/VİDEO
Hazırda oxunan: "Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü – FOTO/VİDEO
Hazırda oxunan: "Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü – FOTO/VİDEO
640844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































