Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Hazırda oxunan: Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

640402

Türkiyənin "Qalatasaray" futbol klubundan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardinin karyerasını İstanbul təmsilçisində davam etdirmək istədiyi iddia olunub.

Bizim.Media  xəbər verir ki, məlumatı "El Neuve" nəşri yayıb.

Argentinalı hücumçu yenidən "Qalatasaray"a qayıtmaq istəyir.

33 yaşlı futbolçunun yay transfer dönəmində bir sıra klublarla, o cümlədən "Latsio" və "Tottenhem"lə adı hallansa da, heç biri ilə müqavilə imzalamayıb.

Qeyd edək ki, İkardi "Qalatasaray"da dörd mövsüm ərzində 134 oyuna çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib.

Argentinalı hücumçu İstanbul klubu ilə dörd dəfə Türkiyə çempionu, bir dəfə Türkiyə Kuboku və bir dəfə Türkiyə Superkubokunun qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO