Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Hazırda oxunan: Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

633112

"Çelsi" və "Mançester Siti"nin keçmiş futbolçusu Rahim Sterlinq qanunları pozduğu üçün həbs oluna bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

İngiltərə millisinin keçmiş üzvünə qarşı avtomobili təhlükəli idarəetmək, qəza törətdikdən sonra analizdən imtina etmək əməllərinə görə ittiham irəli sürülüb.

İttihamlar sübuta yetirilərsə, Sterlinqi 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
 

Qeyd edək ki, mayın 30-da futbolçu narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etmək şübhəsi ilə polis tərəfindən saxlanılmışdı. Hadisə Hempşir magistralında baş verib — Sterlinq idarəetməni itirərək çəpərə çırpılıb. O, müayinədən keçməkdən imtina etsə də, zaminə buraxılmışdı.


Xatırladaq ki, Sterlinq İngiltərə millisinin tərkibində iki Avropa (2016, 2020) və üç Dünya çempionatının (2014, 2018, 2022) iştirakçısı, Britaniya İmperiyası Ordeninin (MBE) cəngavəridir. O, UEFA Çempionlar Liqasında dörd fərqli İngiltərə klubunda forma geyinmiş yeganə futbolçudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO