Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan atlet əvvəlcə birdənqaldırma hərəkətində 124 kiloqramlıq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Musab Məmmədtağıyev təkanla qaldırma hərəkətində 145 kiloqramın öhdəsindən gələrək ikinci qızıl medalını qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kiloqram nəticə göstərən atletimiz toplamda da Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci pillənin sahibi Ermənistan təmsilçisi Hayk Movsisyanı 17 kiloqram qabaqlayıb.


Bizim.Media

- A-
- A
- A+
İdman
23:00 / 23.08.2026
Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO
Hazırda oxunan: Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO
Hazırda oxunan: Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO
632708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































