Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Hazırda oxunan: Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

631046

"Qarabağ" "Dinamo" ilə oyunda rəqibini topsuz qoymağa çalışıb.

Bizim.Media xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandanın layiqincə mübarizə apardığını bildirib:

"Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram".

Mütəxəssis qapıçı Mateuş Koxalskinin komandadan ayrılması ilə bağlı fikirlərə münasibətini bildirib:
 

"Koxalskinin komandadan getməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Sadəcə bu matçda digər qapıçıya da şans verməyi düşündüm. Çıxışından razı qaldım".


Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu iki oyunun nəticəsinə əsasən (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq play-off mərhələsinə adlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO