Məşhur jurnalist saxta transfer xəbərinə görə saxlanıldı - FOTO - VİDEO

Məşhur jurnalist saxta transfer xəbərinə görə saxlanıldı - FOTO - VİDEO

Hazırda oxunan: Məşhur jurnalist saxta transfer xəbərinə görə saxlanıldı - FOTO - VİDEO

630369

Türkiyəli jurnalist Burhan Can Terzi Almaniya milli komandasının və Münhen "Bavariya"sının yarımmüdafiəçisi Camal Musialanın Türkiyənin "Qalatasaray" klubuna transferi barədə sosial media hesabında informasiya yaydığına görə saxlanılıb.

Bu barədə Bizim.Media İHA-ya istinadən xəbər verir.

Məlumata görə, Musialanın transferi iddiaları ilə bağlı paylaşımından sonra Burhan Can Terzi barəsində İstanbulun Bakırköy Prokurorluğu tərəfindən istintaq başlanıb. Jurnalist istintaq çərçivəsində "İctimaiyyətə açıq şəkildə yalan məlumat yaymaq" ittihamı üzrə nəzarət altına alınıb.

Lazımi prosedurlar tamamlandıqdan sonra o, məhkəmə orqanlarına göndəriləcək.

Qeyd edək ki, Burhan Can Terzi daha əvvəl Musialanın "Qalatasaray"a keçəcəyi barədə məlumat verib. Türkiyə klubu bu məlumatı təkzib edən rəsmi açıqlama yayıb. Həmçinin məlum olub ki, "Qalatasaray" prokurorluğa şikayət ərizəsi verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO