Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Hazırda oxunan: Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

623764

DÇ-2026-nın 1/8 final mərhələsində Belçika millisi ABŞ yığmasını darmadağın edərək (4:1) növbəti mərhələyə vəsiqə qazanıb. Oyunun sonunda belçikalı futbolçuların etdiyi "siyasi jest" isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, görüşün əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Belçikanın ulduz forvardı Romelu Lukaku matçın son nöqtəsini qoyub.

Qoldan dərhal sonra Lukaku və komanda yoldaşları dairəvi formada toplaşaraq ABŞ prezidenti Donald Trampın məşhur rəqsini nümayiş etdiriblər.

Qeyd edək ki, DÇ-2026 ərəfəsində Trampın futbol proseslərinə aktiv müdaxiləsi ciddi narazılıq doğurmuşdu. Belə ki, 1/16 finalda ABŞ millisinin hücumçusu Folarin Baloqunun aldığı qırmızı vərəqənin ləğv edilməsində ABŞ prezidentinin rolu olduğu iddia edilirdi. Məhz bu qərar sayəsində Baloqun Belçika ilə matçda iştirak edə bilib.

Lakin meydanda səmərəsiz çıxış edən hücumçu komandasının məğlubiyyətinə mane ola bilməyib.

Belçika millisinin üzvlərinin isə bu müdaxiləyə və yaradılan ayrı-seçkiliyə etiraz olaraq məhz bu rəqsi seçdiyi bildirilir.

FİFA prezidenti Canni İnfantino ilə telefon danışığı barədə sualları cavablandıran Donald Tramp müdaxilə iddialarını rədd edib:

"Mən ona nə etməli olduğunu söyləmədim. Düşünürəm ki, qərarı komitə verib və onlar düzgün addım atıblar. Orada nəinki qayda pozuntusu yox idi, həm də hamı ən yaxşıların meydanda olmasını istəyir".

Belçikalıların bu "trolluq"u ABŞ ictimaiyyəti tərəfindən həm ağır məğlubiyyət, həm də siyasi istehza kimi qəbul edilib.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO