Ötən həftə Ukraynanın "Polessye" klubu "Qarabağ"dan 3 milyon avro qarşılığında Leandro Andradeni heyətinə qatıb. Amma ukraynalılar bununla kifayətlənmək istəmir.
Bizim.Media xəbər verir ki, Ukraynanı Konfrans Liqasında təmsil edəcək klub "Qarabağ"ın daha bir futbolçusunu istəyir.
Belə ki, Aleksey Kaşukun da "Polessye"nin yolunu tutacağı gözlənilir. 27 yaşlı futbolçunun adıçəkilən kluba keçidi bu yay, ən pis halda isə qış transfer pəncərəsi zamanı reallaşa bilər.
Qeyd edək ki, ukraynalı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

































































































