Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

Hazırda oxunan: Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

620964

Məktəblilərin Respublika İdman Olimpiadasının idman yarışlarının ikinci günü başlayıb.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İkinci günündə sərbəst güləş, ağırlıqqaldırma, bədii gimnastika, veloidman, stolüstü tennis ilə yanaşı, badminton, basketbol və boks üzrə yarışlar da davam edib.
 

Sərbəst güləş yarışlarında müxtəlif şəhər və rayonları təmsil edən məktəbli idmançılar 5 çəki dərəcəsində mübarizə apararaq ümumilikdə 178 iştirakçı ilə çıxış ediblər. Ağırlıqqaldırma üzrə 48 kq və 52 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bədii gimnastika yarışlarında 2014 və 2015-ci il təvəllüdlü gimnastlar arasında qaliblər elan olunub.


Stolüstü tennis üzrə yarışlarda finalçılar müəyyənləşib və medalçılar bəlli olub. Veloidman üzrə şose yarışlarında həm qızlar, həm də oğlanlar arasında qrup ötüşmələri keçirilib və qaliblər müəyyən edilib.

Badminton, basketbol və boks yarışlarında da müxtəlif yaş qruplarında məktəblilər öz bacarıqlarını nümayiş etdirərək mübarizəni davam etdiriblər.

Yarış gününün sonunda “Atletlər kəndi”ndə məktəblilər üçün əyləncə proqramı təşkil edilərək onların asudə vaxtının səmərəli keçirilməsi təmin olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar 26 iyun tarixinədək davam edəcək.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO