Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

Hazırda oxunan: Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

620645

Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində 12 medal qazanıblar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə "Olimpiya ümidləri" turnirinə yekun vurulub.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
 

U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kq) gümüş, Şahin Aslanovla (65 kq) Rza Rzayev (70 kq) bürünc medala sahib olublar.


U-17-lərin yarışında Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kq) ilə Fatimə Məmmədli (50 kq) isə gümüş medala yiyələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO