Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsində Avstraliya ilə oyundan sonra (0:2) açıqlama verib.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib.
Montella davamlılıq probleminə diqqət çəkib:
“Davamlılıq olmayanda istər-istəməz tam performans verə bilmirsiniz. Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı”.
Baş məşqçi komandanın mübarizəsindən narazı qalmadığını, lakin son nöqtədə çatışmazlıq yaşadıqlarını deyib:
“Futbolçular çalışdı, meydanda istək var idi. Hücumda müxtəlif variantlara əl atdıq. Sadəcə, son zərbədə daha dəqiq olmalı idik”.
Montella turnirdə mübarizənin davam etdiyini vurğulayıb:
“Bu səviyyədə, belə matçlarda kiçik detallar nəticəyə təsir edir. İndi başımızı qaldırıb növbəti oyuna hazırlaşmalıyıq. Qrupda hələ hər şey bitməyib”.
Qeyd edək ki, Türkiyə millisi D qrupunda Avstraliya, ABŞ və Paraqvayla mübarizə aparır. Ay-ulduzlular qrupun növbəti matçında Paraqvayla üz-üzə gələcək. (ApaSport)
Bizim.Media

- A-
- A
- A+
İdman
10:49 / 14.06.2026
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Hazırda oxunan: Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Hazırda oxunan: Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
619196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































