Bu mövsüm Birinci Liqanın çempionu kimi Premyer Liqaya vəsiqə qazanan “Şəfa” klubunda baş məşqçi dəyişikliyi olacaq.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, paytaxt klubunun rəhbərliyi növbəti mövsümdə hazırkı çalışdırıcı Elgiz Kərəmli ilə çalışmaq niyyətində deyil.
Ona görə də klub təcrübəli Zaur Həşimovla anlaşıb. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub və yaxın günlərdə təyinatın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Zaur Həşimov hal-hazırda “Zirə” futbol akademiyasının koordinatoru vəzifəsində çalışır. O, karyerası ərzində yalnız “Zirə” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:38 / 26.05.2026
“Şəfa” yeni baş məşqçi ilə razılığa gəldi - ÖZƏL
Hazırda oxunan: “Şəfa” yeni baş məşqçi ilə razılığa gəldi - ÖZƏL
Hazırda oxunan: “Şəfa” yeni baş məşqçi ilə razılığa gəldi - ÖZƏL
615525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































