“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri – SİYAHI

“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri – SİYAHI

Hazırda oxunan: “Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri – SİYAHI
614317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

Bizim.Media xəbər verir ki, 6,500 əmsala malik “Neftçi” birinci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında yer alacaq.
 

“Neftçi”nin ümumi səpələnmə siyahısına görə 26 mümkün rəqibindən 17-si artıq bəllidir. Bunlar Latviyanın “Liepaya”, Finlandiyanın “İlves” və “İnter Turku”, Andorranın “UE Santa Koloma”, Uelsin “Connah’s Quay”, “Penibont” və “Kaernarfon Taun”, İrlandiyanın “Bohemians”, İslandiyanın “Styarnan”, Cəbəllüttariqin “Europa”, Kosovonun “Malişeva”, Qazaxıstanın “Yelimay”, Litvanın “Hegelmann”, Farer adalarının “Runavik”, Şimali İrlandiyanın “Qlentoran”, Maltanın “Marsaxlokk” və Estoniyanın “Nomme Kalyu” komandalarıdır.


Qeyd edək ki, UEFA-nın təqviminə əsasən, Konfrans Liqasında birinci təsnifat mərhələsinin püşkü 16 iyunda atılacaq. Bu raundun ilk oyunları 9 iyulda, cavab qarşılaşmaları isə 16 iyulda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO