ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi "Barselona"nı çempionluq münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, İspaniya La Liqasının 35-ci turu çərçivəsində öz meydanında "Real Madrid"ə qalib gələn "Barselona" vaxtından əvvəl çempionluq titulunu təmin edib.
Messi bu münasibətlə öz "Instagram" hesabında paylaşım edərək: "Çempionlar! Yaşasın Barsa!" — sözlərini yazıb.
Xatırladaq ki, 8 qat "Qızıl top" sahibi Lionel Messi 2003-2021-ci illər ərzində "Barselona"nın formasını geyinib.
Bizim.Media







































































































