UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

Hazırda oxunan: UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

612259

Mayın 10-da ABŞ-ın Nyuark şəhərində qarışıq döyüş növləri (MMA) üzrə UFC 328 turniri baş tutub. Gecənin əsas hadisəsi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Hamzat Çimayevlə amerikalı Şon Striklend arasında orta çəki dərəcəsində keçirilən titul döyüşü olub.

Bizim.Media xəbər verir ki, beş raund davam edən qarşılaşma hakimlərin qərarı ilə Striklendin qələbəsi ilə yekunlaşıb.
 

Hazırda Çimayevin MMA üzrə aktivində 16 döyüş var ki, bunlardan 15-i qələbə, biri isə məğlubiyyətdir. Striklendin hesabında isə 31 qələbə və 7 məğlubiyyət yer alır. Bu, Çimayevin peşəkar karyerasındakı ilk məğlujbiyyəti olub.


Xatırladaq ki, bundan əvvəlki döyüşündə H.Çimayev hakimlərin yekdil qərarı ilə Drikus dü Plessiyə qalib gələrək çempionluq kəmərinə sahib çıxmışdı. Striklend isə öz növbəsində Entoni Ernandesi nokauta salmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO