Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu “Dinamo”dan ayrıla bilər.
Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Regionalliqa komandası 34 yaşlı forvardın çıxışından məmnun deyil.
Bu mövsüm tez-tez zədələrdən əziyyət çəkən Dadaşov bu səbəbdən mövsümün 18 oyununda meydana çıxa bilib. Yaşının çoxluğunu nəzərə alan məşqçilər korpusu növbəti mövsüm onunla yolların ayrılması barədə düşünür.
Rüfət Regional liqada bu mövsüm cəmi 4 qola imza atıb. Doğrudur, onun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Lakin rəhbərlik yayda futbolçudan özünə yeni komanda tapmasını istəyə bilər.
Bizim.Media






























































































