Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Hazırda oxunan: Qadın voleybolçular mükafatlandırıldı - FOTO

608092

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasının mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov iştirak ediblər.
 

Tədbirdə çıxış edən Ş.Bağırov komandalara yüksəksəviyyəli iştirakına görə təşəkkür edib, onların əzmkarlıq göstərdiyini qeyd edib. Bu idman növünə göstərilən diqqət və qayğıdan bəhs edən Ş.Bağırov yeni idmançıların yetişdiyini, komandaların sayının çoxaldığını diqqətə çatdırıb.


Çıxışının sonunda qalibləri təbrik edən AVF-nin prezidenti onlara yeni-yeni uğurlar arzulayıb.

Sonra oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib, mövsümün rəmzi komandasında yer alan fərqli komanda üzvləri təltif olunublar.

Daha sonra ilk üç yerin sahibləri - "Turan", "DH Volley" və "Gəncə" voleybol klublarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim edilib. O cümlədən qalib komandaya - "Turan" voleybol klubuna Yüksək Liqanın kuboku təqdim olunub.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO