Futbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir

Futbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir

Hazırda oxunan: Futbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir

607128

"Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis gəncləri futbola cəlb etmək üçün oyun qaydalarında radikal dəyişikliklər təklif edib.

Bizim.Media "The Athletic" nəşrinə istinadən xəbər verir ki, klub sahibinin əsas ideyası hissələrin müddətini 45 dəqiqədən 25 dəqiqəyə endirməkdir.

De Laurentisin fikrincə, oyun müddətinin qısaldılması komandalara daha yüksək intensivliklə oynamaq imkanı verəcək və matçların baxımlılığını artıracaq.

O, həmçinin simulyasiya edən oyunçuların dərhal meydandan qovulmasını təklif edib.
 

Klub prezidenti sarı və qırmızı vərəqələrin tamamilə ləğv edilməsinin tərəfdarıdır. O, bunun əvəzinə hokkey və ya reqbidə olduğu kimi 5 və ya 20 dəqiqəlik müvəqqəti cəzaların tətbiq olunmasını istəyir.


"Napoli" rəhbəri israr edir ki, futbolun daha çox azarkeş toplamaq üçün çoxlu qola ehtiyacı var. Onun qənaətinə görə, qaydalar hücum futbolunun xeyrinə köklü şəkildə dəyişdirilməlidir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO